Xəbərlər
Qaxda Milli Qurtuluş Gününə həsr olunan şahmat turnirinə yekun vurulub

Qax rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr edilən şahmat turnirinə yekun vurulub. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının təşkilatçılığı ilə Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçirilən turnirdə iki yaş qrupunda 40 oğlan və qız şahmatçı mübarizə aparıb.
Turnirin bağlanış mərasimində YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev və rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktor müavini İlqar İsaqov çıxış edərək, Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərindən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsində məqsəd rayonda şahmatın kütləviliyini təmin etmək, uşaq və yeniyetmə şahmatçıların ustalıqlarını artırmaqdır.
Hər iki yaş qrupu üzrə ilk üç yeri tutan, həmçinin fərqlənən şahmatçılar YAP rayon təşkilatı tərəfindən diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar.