Xəbərlər
Karen Donfrid: ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/e6f197a492a4bec2c09d742678f19867.jpeg&w=360)
Rusiya-Ukrayna müharibəsi səbəbindən bu gün Azərbaycan enerji təhlükəsizliyində daha vacib rol oynayır.
Bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, ABŞ Azərbaycanla enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirir.
“Xüsusilə Avropanın enerji təhlükəsizliyində Cənub Qaz Dəhlizinin rolunu vurğulamaq istərdim. Həmçinin Əfqanıstanda ABŞ-a verdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. NATO qoşunlarının və ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması asan olmadı. Azərbaycan hərbçiləri bizimlə sona qədər orada qaldılar. Biz bunu yüksək qiymətləndiririk", - deyə Karen Donfrid qeyd edib.