YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Vyetnam Azərbaycanın sülh və sabitliyin qorunması istiqamətində səylərini dəstəkləyir

Aprelin 20-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Vyetnamın Azərbaycanda yeni təyin olunmuş səfiri Nquyen Than Şon ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Ziyafət Əsgərov Azərbaycan ilə Vyetnam arasında hələ sovet dövründən yaxşı münasibətlərin olduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə bu münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin ötən il Vyetnama səfərini xatırladan Ziyafət Əsgərov bildirib ki, müansibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu var. Qarşılıqlı münasibətlərin inkişafının nəticəsidir ki, Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərir, tezliklə isə Vyetnamın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq.
Səfirə yeni vəzifəsində uğurlar arzulayan Ziyafət Əsgərov iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi münasibətlərin inkişafının, təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib. O deyib ki, hələ sovet dövründə vyetnamlı gənclər Azərbaycan Neft Akademiyasında təhsil alır və ölkələrinə neft mütəxəssisləri kimi qayıdırdılar. Bu gün də bu ənənə davam edir.
Azərbaycanın Cənubi Qafqazın ən güclü iqtisadiyyata malik ölkəsi olduğunu deyən Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, bu münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hələ də icra olunmaması və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi barədə məlumat verib.
Vyetnamın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu deyən səfir Nquyen Than Şon bildirib ki, bu inkişafın daha da sürətlənməsi üçün var qüvvəsi ilə çalışacaq. Səfir Azərbaycanın sülh, sabitlik və əmin-amanlığın qorunması istiqamətində səylərini dəstəklədiklərini diqqətə çatdırıb. Ölkələrimizin dostluq münasibətlərindən danışan diplomat qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər mövzulara dair fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv