YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycanda idmançılar dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunurlar

Dövlət tərəfindən bütün şərait yaradılıb və idmanın inkişafı ilə bağlı heç bir maneə yoxdur, əksinə dövlət dəstəyi daim göstərilir. Ancaq minifutbol idman növünə gəldikdə, bizim üçün bu, nisbətən yeni idman növü olduğuna görə bu sahədəki nailiyyətləri siz özünüz qazanmısınız.

Bu barədə Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib ki, minifutbolçular üçün hansısa xüsusi şərait yaradılmayıb, xaricdən tanınmış mütəxəssislər, məşqçilər, legionerlər dəvət edilməyib. “Ona görə sizin qələbəniz çox böyük qiymətə layiqdir. Bu qələbəni siz özünüz qazanmısınız, əlbəttə ki, federasiya və idman mütəxəssisləri, məşqçilər və oyunçular, idmançılar, - komanda deyəndə mən bunu nəzərdə tuturam, - siz bu qələbəni halal zəhmətinizlə qazanmışınız”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Azərbaycanda idmana diqqət göstərildiyini, idmançıların dövlət tərəfindən hər zaman qayğı ilə əhatə olunduğunu vurğulayan Prezident deyib: “İdman, idmanda qələbələrimiz həm ölkəmizin beynəlxalq nüfuzunu qaldırır, eyni zamanda, sağlam həyat tərzini təbliğ edir və bu, hesab edirəm ki, daha vacibdir. Çünki hamımız istəyirik ki, Azərbaycan xalqı sağlam olsun, gənclər kütləvi surətdə idmanla məşğul olsunlar. İdmanın kütləviliyinin genişləndirilməsi və idmanda qələbələrin əldə edilməsi üçün dövlət idmançılara, klublara, federasiyalara həmişə böyük diqqət və qayğı göstərir. Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”.

DİGƏR xəbərlər Arxiv