YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi bütün türk dünyasına qarşı yönəlib

«Avropa Parlamentinin qondarma «erməni soyqırımı» ilə bağlı qəbul etdiyi qətnamə bir daha gostərdi ki, bu təşkilat ikili standartlardan əl çəkmir, yalnız öz maraqları naminə hadisələrə qiymət verirlər. Hal-hazırda dünyanın bir çox yerində münaqişə ocaqlarında hər gün minlərlə insan öz həyatlarını itirir, qəsəbə və kəndlər, şəhərlər yerlə yeksan olur, milyonlarla insan öz doğma evlərini tərk etməyə məcbur olurlar. Amma belə hallara qarşı təsirli tədbirlər görülmür». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarıni işğal etməsi barədə BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, Azərbaycanın 20 faiz torpaqları hələ də erməni qəsibkarlarının işğalı altındadır. Onun sözlərinə görə, 20-ci əsrin əvvəllərində erməni daşnaq-bolşevik qrupları Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlını vəhşicəsinə, işgəncələrlə öldürmüşlər.

«Bu hadisələrin bariz nümunəsi Quba məzarlığıdır. Bu məzarlığı ziyarət edən müxtəlif ölkələrdən gələn nümayəndələr gördükləri mənzərədən dəhşətə gəlirlər. 20-ci əsrin sonlarında bu hadisələr yenidən təkrarlandı. Xocalıda baş verən dəhşətli qətliam əslində soyqırım hadisəsidir.Bu soyqırım əməliyyatına rəhbərlik etmiş Ermənistanın indiki prezidenti Sarkisyan utanmadan bu əməlləri törətdiyini Avropalı deputatların qarşısında bəyan etmişdi. Amma bütün bunları Avropalı deputatlar çox sakit qarşılayırlar, elə bil ki heçnə olmayıb. Hesab edirəm ki, AP-nın bu fitnəkar qətnaməsi təkcə Türkiyə Respublıkasına qarşı yox, bütünlükdə bütün Türk dünyasına qarşı yönəlib. Ona görə də, hər birimiz AP-nin bu riyakar qətnaməsinə öz etirazımızı bildirməliyik»- deyə, deputat vurğulayıb..

DİGƏR Xəbərlər Arxiv