YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əl-İttihad”: Ehtiyacı olanlara yardım etmək Azərbaycan xalqının ən böyük dəyərlərindəndir

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttihad” qəzetində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) haqqında məqalə dərc edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə deyilir ki, ehtiyacı olan insanlara yardım etmək Azərbaycan xalqının qədim zamanlardan ən böyük dəyərlərindən biridir. Azərbaycan iqtisadiyyatının sürətli və stabil inkişafı imkan verir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqı tərəfindən bu ölkələrə yardım edilsin. 2011-ci ildə yaradılmış Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi də bu məqsədə xidmət edir”.
Məqalədə qeyd olunur ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin inkişafı, xəstəliklər və aclıqla mübarizədə dünya ölkələrinə dəstək olmaq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İslam Əməkdaşlıq Təşkilatı, İslam İnkişaf Bankı və digər donor təşkilatları və agentlikləri ilə əməkdaşlıq edən AIDA-nın dünyəvi missiyasıdır. Fəaliyyətdə olduğu dövr ərzində AIDA-nın göstərdiyi yardımlardan Asiya, Afrika və Latın Amerikasında 30-dan çox ölkə faydalanıb.
Məqalədə Agentliyin həyata keçirdiyi proqramlar sırasında Panamada baş vermiş aramsız yağışların və Kubada Sandi qasırğasının törətdiyi fəsadların aradan qaldırılması, Qəzzə bölgəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində yaranmış ağır vəziyyətlə əlaqədar Fələstin xalqına humanitar yardım göstərilməsi, İordaniyada məskunlaşmış suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, Pakistanın 10 şəhərində daşqından zərər çəkmiş 25000 əhaliyə humanitar yardım göstərilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası, Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına yardım göstərilməsi və xarici tələbələrə Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd proqramı xüsusi vurğulanıb.