YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanin ikinci telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində intensiv iş aparılır

Azərbaycanin ikinci telekommunikasiya peykinin orbitə buraxılması istiqamətində intensiv iş aparılır. Bu məqsədlə “Azerspace-2”-nin texniki parametrlərinin müəyyənləşdirilməsi və peyki istehsal edəcək şirkətin seçilməsinə dair ötən ay tender elan olunub. Prosedurlara uyğun olaraq tender bu ilin ortalarında başa çatacaq. Qalib şirkət müəyyən edildikdən sonra ikinci telekommunikasiya peyki üzrə işlərə başlanılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Azərbaycanın “Azerspace-1” peykindən başqa, ötən il orbitə buraxılan Yer səthinin məsafədən müşahidə peyki də var. Bu peyklərin xidmətlərinin genişləndirilməsi, eyni zamanda bunların daha da dayanıqlı edilməsi üçün əlavə peyklərin orbitə çıxarılması vacibdir. “Azerspace-2” milli peyk üzrə aparılan işlər 2017-ci ildə tamamlanacaq. İkinci telekommunikasiya peyki artıq orbitdə olduqdan sonra mövcud imkanlar genişlənəcək və daha dayanıqlı, istifadəçilər üçün maraqlı ola biləcək xidmətlər təqdim olunacaq. İkinci telekommunikasiya peykindən “Azerspace-1”-in orbitdəki ehtiyatı kimi istifadə olunacaq və bu da müştərilərə davamlı və etibarlı xidmət göstərilməsinə imkan verəcək.
Qeyd edək ki, Azerspace-1”-in imkanlarından “Bakı-2015” birinci Avropa Oyunları zamanı da istifadə olunacaq və dünyaya yayım milli peykimiz vasitəsilə həyata keçiriləcək.