YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Bu ilin birinci rübündə ölkəmizdə inkişaf tempi ümumdünya göstəricisindən iki dəfə artıq olub

 «2015-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, partiyanın  İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, cari ilin birinci rübündə Azərbaycan özünün sürətli inkişaf tempini saxlayıb. Onun sözlərinə görə, ötən 3 ayda neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımızın ümumi inkişaf tempi 5,3 faiz, qeyri-neft sektoru isə 7 faiz artıb.

«Yəni ölkəmizdə inkişaf tempi ümumdünya göstəricisindən 2 dəfə artıq olub. Məlumdur ki, neftin ucuzlaşması əslində dünya iqtisadiyyatında artım templərinin zəifləməsi və dünyada yanaçağa istehlakın aşağı düşməsi fonunda baş verir və bu, təkçə, neft ixraç edən ölkələr üçün deyil, həm də, ümumilikdə qlobal səviyyədə ölkələrin iqtisadi-maliyyə sektorlarına təsir etməkdədir.Yəni, istənilə neft ixrac edən ölkə üçün bunun təsiri var. Azərbaycan iqtisadiyyatının çoxşaxəli olması və və neftdən kənar sahələrin artımı iqtisadi dinamikanın dayanıqlılığını təmin edib. Ən əsası isə budur ki, Azərbaycanın dövlət başçısının mükəmməl iqtisadi modeli sayəsində neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsirləri zəif hiss olunur»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.