YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Dövlət proqramlarının uğurla həyata keçirilməsi bölgələrin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib

«Azərbaycanın bölgələrinin tarazlı və hərtərəfli inkişafında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Dövlət proqramlarının uğurla həyata keçirilməsi bölgələrin mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə, ötən illərin təcrübəsi göstərir ki, ölkənin sosial-iqtisadi inkişafında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsində regional inkişaf üzrə Dövlət proqramları mühüm rol oynayıb.

«Dövlət proqramları çərçivəsində Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib. Bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb. İstehsal müəssisələrində işlə təmin olunan vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb»- deyə, T.Rzayev qeyd edib.