YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı rayonun Qarağan-Şıxlar kəndində 28 May - Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda tədbir keçirib. Tədbirdən öncə Qarağan-Şıxlar kəndindən olan şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin müqəddəs xatirələrinin bir dəqiqəlik sükutla yad edildiyi tədbiri giriş sözü ilə açan Qarağan-Şıxlar kənd ərazi partiya təşkilatının sədri İsa Seyidov dövlətimizin müstəqillik tarixindən danışıb.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov Azərbaycannın müstəqilliyinin ilk illərində xalqımızın naşı rəhbərlər üzündən üzləşdiyi məhrumiyyətlərdən söz açıb. Vurğulayıb ki, ulu öndər Heydər Əliyev olmasaydı, ölkəmizi və xalqımızı parçalanmaq təhlükəsi gözləyirdi. Dahi şəxsiyyət Heydər Əliyev ölkədə sabitlik yaradıb, gündəlik həyatı öz axarına qaytarıb və Azərbaycanın müstəqilliyini qoruyub saxlayıb. Nəticədə müstəqil Azərbaycan dövləti inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla həyata keçirən Prezident İlham Əliyev Azərbaycanın davamlı inkişafını təmin edərək ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirib.

Tədbirdə digər çıxış edənlər müstəqil Azərbaycan dövlətinin ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mövcud olduğunu vurğulayıblar. O da qeyd edilib ki, ölkəmiz Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində güclü dövlətə çevrilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib.

DİGƏR Xəbərlər Arxiv