YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə “Şuşa İli”nə həsr olunan tədbir keçirilib

Lerikdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanlarının, Lerik rayon mədəniyyət mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan danışıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı, Heydər Əliyev Fondunun proqram və layihələri ilə 30 ilə yaxın işğal dövründə erməni vandallığına məruz qalan ərazilər bərpa olunur, yenidən qurulur. 

Tamaşaçılar tərəfindən maraqla qarşılanan ədəbi-bədii kompozisiyada isə Şuşaya həsr olunan mahnılar səsləndirilib.