Xəbərlər
Mahmadtoir Zokirzoda: Regional əməkdaşlığın genişləndirilməsi çox önəmli məsələlərdəndir
Regional əməkdaşlığının genişləndirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması çox önəmli məsələlərdən biridir.
Bunu Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda mayın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Bakıda keçirilən Üçüncü Ümumi Konfransında deyib.
O bildirib ki, mövcud reallıq İƏT-ə üzv ölkələrin səylərinin və qüvvələrin birləşdirilməsini tələb edir. Pandemiya ilə mübarizədə ancaq hərtərəfli və mərkəzdən idarə edə bilən ölkələr qalib gələ bildilər.