YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: İllərin sınağından çıxmış Azərbaycan Türkiyə qardaşlığı əbədidir

Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfər və  Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi ölkələrimiz arasındakı birliyin dünyaya nümayişi olmaqla yanaşı nəhəng nəqliyyat komunikasiya xətlərinin yaradılması baxımından böyük əhəmiyyətə malik tarixi hadisədir. Azərbaycan-Türkiyə münasibətləri dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərinə əsaslanır və bu münasibətlər  bütün sahələr üzrə daima yüksələn xətlə inkişaf etməkdədir. Tarix boyu Azərbaycan-Türkiyə qardaşlığı kimi möhkəm, səmimi və dərin köklərə malik ikinci bir nümunəyə rast gəlinməmişdir. İki ölkə arasındakı əlaqələrin sürətli şəkildə inkşaf edərək ali müttəfiqlik formasına çatması ölkə liderləri cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir. Tarixinin ən çətin və ağır günlərində hər zaman bir-birinin yanında olan Azərbaycan-Türkiyə qardaşlığı, birliyi, hər iki ölkənin gücünə güc qatır. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Ölkə başçısı cənab İlham Əliyev Rize-Artvin hava limanının açılışında çıxış edərək, Türkiyənin uğurlu iqtisadi inkişafından, gündən-günə daha da qüdrətlənməsindən bəhs etdi və bütün bunların Prezident Rəcəb Tayyib Ərdoğanın yüksək xidmətlərinin və uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd etdi:  “Eyni zamanda Azərbaycan Prezindenti, bu kimi layihələrin mərkəzində insan amilinin dayandığını xüsusi vurğuladı. Əlbətdə bu, cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın insan amilinə verdiyi yüksək dəyərin və diqqətin göstəricisidir.”

Çıxışı zamanı Azərbaycan Türkiyə birliyinin sarsılmaz olduğunu diqqətə çatdıran ölkə başçısı, Türkiyə və cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağ müharibəsinin başladığı ilk gündən etibarən Azərbaycana mənəvi, siyasi dəstəyini və  Azərbaycan bu dəstəyi heç vaxt unutmayacağını diqqətə çatdırdı – deyən Sədaqət Vəliyeva əlavə edib ki, zamanın sınğından çıxmış Azərbaycan Türkiyə qardaşlığı, birliyi əbədidir.