Xəbərlər
Yasamal rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Dadaş Bünyadzadə küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatı sədri Bəxtiyar Nəbiyev, “Dadaş Bünyadzadə küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Samir Mehdizadə və digər partiya üzvləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə yaradılmış Heydər Əliyev və Zəfər Muzeyi, Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə yaradılmış abidə kompleksi və guşə ziyarət olunub.
Tədbirdə öncə Ulu Öndərin və Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi Qələbəsindən söz açıb. Bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilərək, 800 minə yaxın üzvü özündə birləşdirir. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar.
“Dadaş Bünyadzadə küçəsi 1” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Samir Mehdizadə də çıxışında yaradıcısı ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ulu Öndərin ideya və arzularının yaşadığını söyləyib.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulan ərazi partiya təşkilatının bir qrup əməkdaşına üzvlük vəsiqələri təqdim olunub.