Xəbərlər
Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Çinə səfəri başlayıb

YAP İcra katibinin müavini, MM-in İntizam komisiyasının sədri, MM-in Azərbaycan – Çin Parlamentlərarası dostluq qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinə rəsmi səfəri başlayıb. Səfər Çin Kommunist Partiyasının dəvəti ilə həyata keçirilir.
Səfər çərçivəsində YAP nümayəndə heyətinin Çin Kommunist Partiyasının rəhbər qurumları və Çin Parlamentinin rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur. YAP nümayəndə heyəti həmçinin, ölkənin iqtisadi paytaxtı hesab olunan Şanxaya səfər edəcək, burada şəhər rəhbərliyi və Çin Kommunist Partiyasının yerli qurumları ilə ilə görüşlər keçirəcəkdir.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə MM-in Azərbaycan – Çin Parlamentlərarası dostluq qrupunun üzvlərindən Eldar İbrahimov, Hadi Rəcəbli, Hüseynbala Mirələmov, Əliağa Hüseynov, Xanlar Fətiyev və Cavanşir Paşazadə daxildir.