YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda müsabiqə keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, Laçın Rayon Təhsil Şöbəsi, Laçın Rayon Gənclər və İdman İdarəsi və Laçın Rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda ümumrayon müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək, müasir və müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsinin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qarşısında olan xidmətlərindən, Azərbaycan dövlətinin təhlükə qarşısında qaldığı bir dövrdə xalqın təkidi ilə hakimiyyətə gəlməsindən, Azərbaycanı dünyaya müasir, müstəqil dövlət kimi tanınmasından söhbət açan i.İlyasov deyib ki, bu gün Ulu Öndərin əsasını qoyduğu siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən Müharibəsi isə bunun ən bariz nümunəsidir.

Tədbirdə digər çıxışçılar ümummilli lider Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs ediblər.

Sonra müsabiqədə aktiv fəaliyyət göstərən Laçın Rayon Təhsil Şöbəsi, Laçın Rayon Gənclər və İdman idarəsi, Laçın Rayon Rəsm Qalareyasi, Laçın Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, YAP Laçın rayon təşkilatı tərəfindən təltif olunub.

Sonda rəsm, bədii qiraət, saz və dekorativ tətbiqi sənət nominasiyalarinin qaliblərinə YAP Laçın rayon təşkilatının Fəxri fərmanı və hədiyyələr təqdim edilib.