YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, Abşeron Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyi, Abşeron Rayon Təhsil Şöbəsi, Abşeron Rayon Heydər Əliyev Mərkəzi və “Consensus İntellectual Center”in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad edərək, böyük Liderə və bütün şəhidlərimizə hörmət və ehtiramlarını bildiriblər.

Yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova bildirib ki, İntellektual oyununun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Daha sonra çıxış edən YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və digərləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra intellektual oyun üzrə yarışa start verilib. Yarışda hər komandanın tərkibində 5 nəfər olmaqla, 16 komanda iştirak edib.

Abşeron Rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunun yekun nəticələrinə əsasən Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin “Fateh” komandası 19 xal toplayaraq çempion adını qazanıb. Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yerə layiq görülüblər.

Sonda qaliblərə Abşeron Rayon Gənclər və İdman idarəsinin diplom, medal və kuboku, Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyinin isə qiymətli hədiyyələri təqdim olunub.

Məlumat üçün bildirək ki, yanvarın 22-də başlanan intellektual oyunda ümumilikdə Abşeron rayonun 37 tam orta məktəbin komandası mübarizə aparıb.