Xəbərlər
Zəngəzur dəhlizinin açılması Azərbaycan diplomatiyasının qələbəsidir

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin siyasəti nəticəsində Zəngəzur dəhlizinin açılması istiqamətində fəaliyyətini davam etdirir. Öz ərazisindən Azərbaycana heç bir kommunikasiyanı açmayacağını bəyan edən Ermənistan dövləti artıq başa düşür ki, Zəngəzur dəhlizin açılması onlar üçün də fayda verəcək, həmçinin onların xarici dövlətlərə çıxışını təmin edəcəkdir.
Zəngəzur dəhlizinin açılması üçün görüləcək işlər hər iki dövlət tərəfindən müzakirə olunmaqdadır. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması üçün bütün imkanlardan istifadə edir. Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür. Vətən müharibəsindən Zəfərlə qalib ayrılaraq öz ərazilərinin mühüm bir qismini işğaldan azad edən Azərbaycan həmin əraziləri indi daha uzaqgörən, regional və beynəlxalq layihələrin həyata keçirilməsinə çalışır. Bu bölgədə uzunmüddətli sülhü təmin edəcək.
Lakin aydın məsələdir ki, Zəngəzur dəhlizi Azərbaycan üçün həm siyasi, həm də iqtisadi tərəfdən mühüm əhəmiyyət kəsb edir. Uzaq Çindən Avropaya və əksinə, Hindistandan Avropaya daşımaların Azərbaycan üzərindən reallaşması üçün ölkəmizdə müvafiq infrastrukturun olması vacib şərtlərdəndir ki, Azərbaycan buna tam hazırdır.