YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Aprelin 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi xanım Teresa Ribeiro ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə bütün istiqamətlər, o cümlədən media azadlığı sahəsində əməkdaşlığa əhəmiyyət verdiyini qeyd edib. Nazir, qarşı tərəfə münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə Azərbaycan hökuməti tərəfindən azad olunmuş ərazilərdə aparılan işlər, qurbanları arasında jurnalistlərin də olduğu mina təhlükəsi və minaların təmizlənməsi işləri, habelə bölgədə etimadın quruculuğu sahəsində medianın rolu barədə məlumat verib.

Xanım Teresa Ribeiro Azərbaycana səfəri çərçivəsində zəngin proqramın təşkilini qeyd edib, ətraflı məlumata görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Media azadlığının sülh və təhlükəsizliyin əsas elementi olduğunu qeyd edən nümayəndə etimad quruculuğu tədbirləri çərçivəsində media nümayəndələrinin rolunu vurğulayıb və bu xüsusda ATƏT-in müvafiq dəstəyi göstərə biləcəyini bildirib.

Görüşdə tərəflər arasında dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.