Xəbərlər
Orxan Məmmədov: Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99,6 faizi KOB subyektləridir
Ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində hər il “Sahibkarlar Günü” biznes mühitinin effektivliyinin daha da artırılması, yeni idarəetmə modellərinin tətbiqi və yeni dəstək mexanizmlərinin yaranması ilə müşayiət edilir.
Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“KOBİA-nın fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çağırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilib. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99,6 faizini KOB subyektləri təşkil edir, o zaman, şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır”, - deyə Orxan Məmmədov vurğulayıb.