Xəbərlər
Sədaqət Vəliyeva: Azərbaycan-Qırğız münasibətləri yüksələn xətlə inkşaf edir
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin inkşafına öz töhfəsini verəcək. Səfər çərçivəsində on sənədin, eyni zamanda xüsusi əhəmiyyətə malik Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanması ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin yüksək səviyyədə olmasının göstəricisidir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanla və Qırğız Respublikası arasında qədim tarixə malik, iqtisadi və mədəni əlaqələr, dostluq münasibətləri mövcuddur: “Eyni zamanda hər iki ölkə Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlarda hər zaman bir-birini dəstəkləmişdir.”
Bütün bunlarla yanaşı, Qırğız Respublikasının Prezidentinin ölkəmizə səfəri, iki ölkə arasında nəqliyyat infrastrukturunun, enerji sektorunun və kənd təsərrüfatı sahəsinin inkşafına təkan verəcək – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün Azərbaycan xarici siyasətində dostluq, etibarlı tərəfdaş mövqeyi sərgiləyir ki, bunun da nəticəsi olaraq dünya ölkələri və tanınmış beynəlxalq təşkilatlar Azərbaycanla müttəfiqlik, dostluq əlaqələri qurmağa, mövcud əlaqələri daha da inkşaf etdirməyə çalışır. Bütün bunlar ölkə başçısı, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin və diplomatiyanın nəticəsidir:
“Ümumi mənada Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı əlaqələrin daha da inkşafı baxımından məhsuldar oldu.”