YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Qırğızıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə yüksək əməkdaşlığa köklənir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident cənab İlham Əliyev tərəfindən uğurla əlaqələndirilmiş, Azərbaycanın həyata keçirdiyi siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə səmərəli əməkdaşlıq perspektivləri açır.

Bu gün Azərbaycan müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. 

Aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstanın dövlət başçısı Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. İki dost dövlət arasında imzalanmış bütün sənədlər xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələrini daha da möhkəm edəcəkdir. Qırğızıstan Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasında geniş əməkdaşlıq potensialını üzə çıxarmaq istiqamətində mühüm addımdır.

İmzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir, belə ki, iki ölkənin imkanları və qarşıya qoyduqları hədəflərə görə iqtisadi və sosial sahələrdə əməkdaşlığı daha da artırılacaq.

 Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddətinin uzadılmasında Qırğızıstanın bir mənalı olaraq açıq dəstək vermişdir. 

İki ölkə arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin, eləcə də bu sahələr üzrə əməkdaşlığın vacibliyi, güclənməsi və daha da genişləndirilməsi və perspektivləri bundan sonrada inkişaf edən xətt üzrə davam etdiriləcək.