Xəbərlər
Qahirədə Azərbaycan və Misir hökumətlərarası müştərək komissiyasının toplantısı keçiriləcək
Bu ilin son rübündə Qahirədə Azərbaycan və Misir hökumətlərarası müştərək komissiyasının toplantısı keçiriləcək.
Bu barədə Misirin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysəm Cəlal məlumat verib.
Diplomat bildirib ki, toplantıda Misir və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcək.