YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya sıralarına qoşulmaq istəyən şəxslərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında partiya sıralarına qoşulmaq istəyən şəxslərlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın yaranma tarixi və ötən müddətdə əldə etdiyi uğurlar barədə danışıb. Bildirib ki, 21 noyabr 1992-ci ildə müxalif partiya kimi yaradılan YAP ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qısa bir zamanda uğurlu inkişaf yolu keçərək ümumxalq partiyasına çevrilib.

İ.Əmənullayev  görüş iştirakçılarına ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət, dövlətimizin əldə etdiyi uğurlar, vətəndaşlara göstərilən hərtərəfli diqqət və qayğı, qaçqın və məcburi köçkünlərimizin sosial, həmçinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət və özəl sektorlarda işləyənlərin əməkhaqlarının, pensiyaçı və tələbələrin təqaüdlərinin artırılması və bu kimi bir sıra sosial proqramların uğurla həyata keçirilməsi barədə də ətraflı məlumat verib.

Natiq əlavə edib ki, bu gün partiyamızın sıralarına vətənpərvər, dövlətçiliyimizə sadiq, Heydər Əliyev ideyalarını dərindən mənimsəyən insanlar, xüsusilə gənclər daxil olmaqdadır.Partiya üzvlərimiz, eləcə də bu gün sıralarımıza qatılan insanlarımız Azərbaycanımızın daha da qüdrətlənməsi, eyni zamanda, ölkəmizə qarşı uzanan xain əllərin kökündən qoparılıb atılması üçün fəal olmalıdırlar.

Görüşdə çıxış edən 1 saylı ərazi partiya təşkilatının sədr müavini Könül Manafova ölkəmizin müstəqilliyi uğrunda davamlı mübarizə aparan ümumxalq partiyası olan YAP sıralarına üzv olmaları ilə fəxr etdiklərini, ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyərək Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi yolunda görülən işlərdə fəal olacaqlarını bildiriblər.