Xəbərlər
XTQ leytenantı şəhid Elnur Vəliyev doğum günündə anıldı
Ucar rayonunda İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Vəliyev Elnur Əli oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid valideynləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nəzakət Qasımova, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Bəsirə Abbasova, Ucar Gənclər Evinin, Uşaq İncəsənət Məktəbinin əməkdaşları Ucardakı Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, üzərinə güllər düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra rayon mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin leytenantı şəhid Elnur Vəliyevin xatirəsinə inşa olunan abidənin önündə təşkil olunan anım mərasimində çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan oğulların xatirəsi həmişə qəlbimizdə yaşayacaq.