YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında “Xalqa layiqli xidmət” mövzusunda maarifləndirici tədbir keçirilib

15 aprel tarixdə YAP Nərimanov rayon təşkilatının akt zalında Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar “Xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, YAP Nərimanov rayon ərazi partiya təşkilatı (ƏPT) sədrləri və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev və Onun layiqli davamçısı olan Prezident İlham Əliyev xalqın etimadını doğruldaraq Azərbaycanın güclü – qüdrətli dövlətə, söz və nüfuz sahibinə çevrilməsini, ardıcıl nailiyyətlər qazanaraq strateji zirvələr fəth etməsini təmin etmişdir, ona görə də Azərbaycan xalqı Heydər Əliyev yoluna – İlham Əliyevin siyasətinə alternativ görmür. S.Vəliyev qeyd edib ki, 11 aprel 2018-ci ildə keçirilən seçkilərin nəticələri də bu reallığı təsdiqləyir. Təşkilat sədri söyləyib ki,  Azərbaycan xalqı öz iradəsini növbəti dəfə İlham Əliyevin  lehinə ifadə etdi – bir daha alternativsiz Liderə “hə” dedi. Bu, əslində, 2003-cü ildən başlayaraq 2018-ci ilə qədər dövrü əhatə edən  15 il ərzində görülən işlərin dəyərləndirilməsi, İlham Əliyev siyasətinə müvafiq qiymətin verilməsi idi.

Tədbirdə Nərimanov rayon Ağsaqqallar Şurasının sədr müavini Kamil Babayev, fəal gənclər Aysel Tahirova, Səfər Kəlpiyev və digərləri çıxış edərək qeyd ediblər ki, 2018-ci ildən etibarən islahatların yeni dalğasına start verildi, kadr və struktur islahatları aparıldı, idarərəetmənin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində mühüm addımlar atıldı. Paralel olaraq əhalinin sosial rifahının daha da yaxşılaşdırılması üçün sosial paketlər qəbul və icra olundu. Natiqlər bildirib ki, milli və siyasi birliyin gücləndirilməsi Vətən müharibəsində Azərbaycan xalqının vahid hədəf uğrunda səfərbər olunmasını – həmrəylik nümayiş etdirməsini şərtləndirdi. İstər sadə vətəndaşlar, istər ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri, istərsə də siyasi partiya rəhbərləri (nümayəndələri) Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdiklərini, ordumuza dəstək  verdiklərini qətiyyətlə bəyan və ifadə etdilər.