Xəbərlər
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Sabirabad rayonunda Vətən müharibəsi şəhidi Mayılov Bəxtiyar İxtiyar oğlunun doğum günündə xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad rayon Gənclər İdman İdarəsinin rəisi Nadir Quliyev, Sabirabad Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev və Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Faiq Hüseynov şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində çıxış edənlər şəhid Bəxtiyar Mayılovun qısa və şərəfli ömür yolundan, göstərdiyi şücaətdən, Vətən sevgisindən bəhs edib, onun xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.