Xəbərlər
Rusiya Azərbaycan və Ermənistanın sülh danışıqları prosesinə başlamaq qərarını müsbət qiymətləndirir
Rusiya Azərbaycan və Ermənistanın sülh danışıqları prosesinə başlamaq qərarını müsbət qiymətləndirir.
Bu fikri jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
D.Peskov deyib: “Aydındır ki, bu, çox sürəkli prosesdir, lakin belə bir sənədin imzalanmasına doğru irəliləyiş özlüyündə müsbət faktdır və alqışlanır”.