Xəbərlər
Fəzail İbrahimli: Beynəlxalq təşkilatlar dünyadakı qlobal problemləri həll etmək iqtidarında deyil
«Bu gün beynəlxalq təşkilatlar dünyadakı qlobal problemləri həll etmək iqtidarında deyil». Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
F.İbrahimli bildirib ki, hazırda dünyada söz sahibi olan dövlətlər öz məqsədlərini həyata keçirməyə çalışırlar. Onun sözlərinə görə, beyənlxalq güclər bütün məsələlərə öz maraqları baxımından yanaşırlar.
«Münaqişələrin həllinə müxtəlif yanaşmalar da bunu deməyə əsas verir. Yaxın Şərqdə də yaradılan münaqişələr, qətliamlar bunu deməyə əsas verir. Fakt budur ki, bu gün beynəlxalq hüquq normaları işləmir və bir sıra beynəlxalq qurumlar da müəyyən güclərin təsiri altındadır. Bu vəziyyətdən çıxmaq üçün, BMT-də, o cümlədən digər nüfuzlu beynəlxalq qurumların daxilində ciddi islahatlar aparılmalıdır»- deyə, F.İbrahimli vurğulayıb.