YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO PA: Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz

Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında “Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz” mövzusunda müzakirələr aparılıb. 

Seminarda Azərbaycan nümayəndə heyətinin tərkibində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və millət vəkili Rauf Əliyev təmsil olunublar.

Müzakirələrdə qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz torpağıdır. Buraya ayrı-ayrı dövrlərdə qonşu ölkələrdən ermənilər köçüb yaşayıblar. Dağlıq Qarabağda yaşayan ermənilərə yalnız muxtariyyat verilməyindən söhbət gedə bilər. Bundan başqa beynəlxalq hüququn öz müqəddəratını təyin etmək və ərazi bütövlüyü barədə prinsipləri mövcuddur. Lakin öz müqəddəratını təyin etmək hüququ, ərazi bütövlüyü hüququnu pozmamalıdır.

Siyavuş Novruzov seminarda qeyd edib ki, erməni xalqı öz müqəddəratını təyin edib. Baxmayaraq ki, bu da Azərbaycanın tarixi torpaqları hesabına olub və ermənilər öz dövlətini yaradıb: “Əgər hər yerdə kompakt yaşayan ermənilər bir dövlət yaratmaq eşqinə düşsələr, o zaman dünyada onlarla erməni dövləti olar. Məsələn, Kaliforniyada Ermənistan əhalisinin sayı qədər erməni yaşayır. Onda gərək ABŞ 51-ci ştat təsis etsin. Bunula belə Şimali Qafqazda, yəni Rusiyanın ərazisində kifayət qədər erməni yaşayır. Bu zaman onlar gərək Şimali Qafqazda bir dövlət qursunlar? Bu baxımdan da etnik konfiliktlərlə əlaqədar məsələnin həlli yolları ancaq ərazi bütövlüyü çərçivəsində ola bilər”.

Müzakirə iştirakçıları Azərbaycan nümayəndə heyətinin üzvü S. Novruzovun “etnik münaqişələr ərazi bütövlüyü çərçivəsini poza bilməz” fikrini yekdilliklə dəstəkləmişlər.