YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna səfiri: Humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkürümüzü bildiririk

Artıq iki həftədir Azərbaycan Ukraynaya müntəzəm olaraq humanitar yadım göndərir. Göndərilən yardımlar yüzlərlə yaralı insanı xilas edir. Azərbaycandan Ukraynaya hazırkı vəziyyətdə lazım olan tibbi avadanlıqlar, dərmanlar və qida məhsulları göndərilir. Buna görə Azərbaycan dövlətinə və xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk.

Bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynaya humanitar yardımın yola salınması mərasimində jurnalistlərə müsahibəsində deyib.

Azərbaycan və Ukraynanın uzun illər həmrəylik nümayiş etdirdiklərini söyləyən səfir bildirib: “Biz, sadəcə, strateji tərəfdaşlar deyilik, biz həm də dost ölkələrik”.