YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Antalyada Azərbaycanın və Qırğızıstanın xarici işləri nazirləri arasında görüş olub

Martın 11-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Nazirlər ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıblar.

Görüşdə, həmçinin ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, siyasi, iqtisadi, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair qarşılıqlı razılıq ifadə edilib. Bildirilib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar xüsusi rol oynayır.

Tərəflər iki ölkə arasında Hökumətlərarası Birgə Komissiyanın iclasının, həmçinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin münasibətlərin inkişafına daha da təkan verəcəyini bildiriblər.

Sonda tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.