YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Avropa İttifaqı yeni saziş üzrə danışıqları tezliklə yekunlaşdırmaq niyyətindədir

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərindən, bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb.

Aİ komissarı Oliver Varhelyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələləri qeyd etməklə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.