YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Venesuela arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün perspektivlər var

Martın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib ki, görüşdə nazirlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar. Bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.