Xəbərlər
Azərbaycanla İspaniya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş təsdiqlənib
“Azərbaycan Respublikası Hökuməti ilə İspaniya Krallığı Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiqlənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, bu Saziş 2021-ci il dekabrın 14-də Madrid şəhərində imzalanıb.