YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Otto Hauzer: Almaniyanın Azərbaycana “çox sağ ol” deməsi yetərli deyil, onu siyasi baxımdan dəstəkləmək lazımdır

Almaniyada çıxan “Top Magazin” jurnalında son illər Azərbaycan və AFR arasında münasibətlərin inkişafına həsr olunmuş məqalə dərc olunub. “Vestnik Kafqaza” nəşrinin yazdığına görə, məqalənin müəllifi Azərbaycanın Almaniyadakı fəxri konsulu, AFR hökumətinin sabiq sədri Otto Hauzer ilə görüşüb. Əslən Heppingendən olan almaniyalı siyasətçi Azərbaycan Respublikasının Ştutqartdakı fəxri konsulluğuna 2010-cu ildən başçılıq edib. Seçimin məhz O.Hauzerin üzərinə düşməsi heç də təsadüfi olmayıb. Hələ Almaniya-Azərbaycan Forumunun sədri olanda, onun hər iki ölkənin siyasətçiləri və sahibkarları ilə yaxşı əlaqələri olub ki, bu da az iş deyil, axı, iqtisadi əlaqələrin intensivləşdirilməsi fəxri konsulluğun vəzifələri sahəsinə aiddir. Bu məqsədlə 2015-ci ilin ikinci yarısında Almaniya və Azərbaycan investorlarının konfransını keçirmək planlaşdırılır.

İkitərəfli münasibətlərdəki müsbət dinamikaya baxmayaraq, Otto Hauzer hesab edir ki, Almaniyanın Azərbaycana münasibətdə siyasəti xeyli dərəcədə daha fəal olmalıdır. Nəşr O.Hauzerin bu sözlərini sitat gətirir: “Azərbaycanın əhəmiyyətinə görə Almaniyanın altıncı neft təchizatçısı olmasını nəzərə alsaq, biz sadəcə “çox sağ ol” deməklə kifayətlənməməliyik. Azərbaycana siyasi dəstək göstərmək lazımdır”.

Siyasətçi deyib: “Tərəfdaşlıq hərəkət istiqaməti birtərəfli olan yol deyil, ona görə yaxşı olardı ki, Almaniya və Aİ Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ məsələsinin həlli üzərində daha çox çalışsınlar. 2020-ci ildən başlayaraq, Türkiyə ərazisindən Avropaya 20 milyard kubmetr qaz ixrac olunacaq. Bu boru kəmərləri böhranlı regionlardan yan keçəcək və bu Berlin üçün aydın siqnaldır”.

Otto Hauzerin xüsusi fəallıq göstərdiyi əməkdaşlıq sahələrindən biri təhsildir. Məsələn, o, Azərbaycanda dual təhsil sisteminin tətbiqi üzərində çalışır. Bu təhsil sistemi ixtisaslaşdırılmış müəssisədə peşəkar təhsilin alınması ilə müvafiq profilli ali təhsil ocağında nəzəri məşğələlərdə iştirakı birləşdirir. Artıq 2016-cı ildə Sumqayıtda, Bakı yaxınlığındakı sənaye şəhərində inşaatçı, kimyaçı və mexaniklərin hazırlanması üzrə peşəkar məktəb açılacaq. Baden-Vürttemberqdəki bir özəl məktəb ilə birlikdə 2016/2017-ci illər tədris ilinin qış semestrində Bakıdakı İqtisad Universitetində mühəndislik fakültəsinin yaradılması da planlaşdırılır.

DİGƏR Xəbərlər Arxiv