Xəbərlər
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
Aprelin 2-də Tbilisidə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb. Söhbət zamanı hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.
Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.