Xəbərlər
Vladanka Andreyeva: Azərbaycan BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib
Bu gün Azərbaycan-BMT əməkdaşlığının 30-cu ildönümü tamam olur. Belə ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva martın 2-də BMT-Azərbaycan tərəfdaşlığının 30 illiyinə həsr olunmuş fotosərginin açılış mərasimində söyləyib.
Vladanka Andreyeva diqqətə çatdırıb: “Biz bu gündən bir illik kampaniyaya başlayırıq. 30 illik əməkdaşlığımızın ildönümü günündə burada 100 foto nümayiş etdirilir. Tərəflər arasında sadiqlik, səmərəli əməkdaşıq bu fotolarda öz əksini tapıb.
Azərbaycan bu 30 il ərzində çox böyük nailiyyətlər qazanıb və BMT-nin təsbit olunmuş gündəliyinə hər zaman əməl edib”.