YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyalı parlamentarilər: Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biridir

Birləşmiş Krallıq parlamentinin İcmalar və Lordlar palatalarından olan 12 üzvü Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə birgə bəyanatla çıxış ediblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, indiyədək Birləşmiş Krallıq parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdikləri ilk birgə təşəbbüs olan bu bəyanatda qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, yaxınlarını itirən həmvətənlərimizə başsağlığı verilib, xalqımızla həmrəylik ifadə edilib.

Bəyanatda müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Həmçinin Avropa İnsan Haqları Məhkəməsinin Xocalıda baş verənləri müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən 2010-cu il 22 aprel tarixli qərarı xatırlanaraq, gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb.

Parlamentarilər münaqişənin başa çatmasını alqışlayaraq, aparılan danışıqların Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.

Bəyanatda, həmçinin postmünaqişə mərhələsində ərazilərin minalardan təmizlənməsi, kommunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi çağırışların mövcudluğu qeyd olunub, bu məsələlərin həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.

DİGƏR Xəbərlər Arxiv