Xəbərlər
Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Şamaxıda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
Anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Aparat əməkdaşları, fəal gənclər və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Daha sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və Aparat əməkdaşları Şamaxıdakı Şəhidlər xiyabanında qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.