YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş konfrans keçirilib

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Etnik azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirildi. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edirdi. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdilər.

Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş soyqırımı aktının 30-cu ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında Gənclərin İnkişafı və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyi və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə Elmi-praktik konfrans keçirilmişdir. Konfransın əvvəlində Xocalı soyqırımı zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş, soyqırımı hadisələrindən bəhs edən videoçarx təqdim olunmuşdur. Konfransda YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov, SDU-nun Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan İsayev və Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarova çıxış etmişdirlər.

DİGƏR Xəbərlər Arxiv