YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhid övladının doğum günü qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Əhmədağa İsgəndərovun qızı Nəsrin İsgəndərovanın doğum günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları şəhidin ailəsinə baş çəkərək, onun qızını 3 yaşı olması münasibəti ilə təbrik etmişlər. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri  Samir Vəliyev şəhid qızına öz hədiyyəsini təqdim etmiş, ona və ailəsinə səmimi təbrikini çatdırmışdır.

Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri Samir Vəliyev şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Söhbət zamanı Ali Baş Komdandanımız, cənab Prezidentimiz İlham Əliyevin tapşırığı ilə bu kateqoriyadan olan ailələrə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb. Şəhidimizin atası Novruz İsgəndərov bu diqqəti şəhid ailələrinə və oğlu Əhmədağanın ailəsinə göstərilən növbəti qayğı kimi qeyd edib.

Qeyd edək ki, Əhmədağa İsgəndərov 27 sentyabr 2020-ci il tarixində başlayan “Vətən Müharibəsi”-nin ilk günlərindən cəbhədə dövlətimizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə qatılmışdır. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak edib. 07.10.2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv