YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Unutmamalıyıq, məmurlar xalqın xidmətçisidir!

Cənab Prezident İlham Əliyev hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, onlara sadə, təvazökar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedən məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulayıb. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, təvazökarlığı və xalqın yanında olmağı həyat tərzinə çevirən ölkə başçısı İlham Əliyev hər il öz doğum gününü sadə vətəndaşlarla qeyd edərək, "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir" deyib: “Bununla da Cənab Prezident İlham Əliyev bütün məmurlara nümunə göstərərək, nümunəvi məmur obrazının aydın təsvirini verib. Azərbaycanda layiqli, xalqa xidmət edən məmurların yetişdirilməsi ulu öndər Heydər Əliyev məktəbinin adı ilə bağlıdır. Azərbaycan xalqının Ulu Öndəri hər zaman məmurları sadə və təmkinli olmağa çağırıb, əhali ilə birbaşa əlaqə yaratmağı tələb edib. Kreslonun insanı bəzəmədiyini, insanın kreslonu bəzədiyini deyən ulu öndər Heydər Əliyev məmur və vəzifə haqqında bu fikirləri söyləyib: “İnsanı tanımaq istəyirsənsə, ona bir vəzifə ver". Dövlət məmurlarının xalqa layiqli şəkildə xidmət etməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzində olan məsələlərdəndir. Bu gün Azərbaycanda köklü kadr islahatları həyata keçirilir. Həyata keçirilən kadr islahatları Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanır. Məmurlar ölkə başçısının bütün tövsiyyələrinə əməl etməli, Cənab Prezident İlham Əliyevdən nümunə götürməlidirlər”.