YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Qarabağ təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilir

Bu gün Azərbaycan işğaldan azad edilən torpaqlarında yenidənqurma, tikinti-quruculuq işləri aparır, azğın düşmənin xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrin üzərində düşmənə gözdağı verəcək möhtəşəm tikililər yaradır. Tezliklə tarixi Zəfərimizə şahidlik edən edən bütün dünya Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyası əsasında yenidən qurulan şəhər və rayonlarda genişmiqyaslı quruculuq tədbirlərinin vüsət almasına, böyük Qayıdışa, ölkəmizin iqtisadi qüdrətinə şahidlik edəcək. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevral ayının 13-də Ağdam və Ağcabədi rayonlarına səfəri bu reallığı bir daha təsdiqləyir. Ölkə Başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edir, bütün layihələrin icrasına şəxsən nəzarət edir, sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin edib açılışını edib, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bütün proseslər, işğaldan azad edilən rayon, şəhər, kənd və qəsəbələrin bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində əsl sahiblərinin qayıtdığını bu torpaqlar yenidən qurulsun.

İşğaldan azad edilən rayonlarımızın yenidən qurulması ilə bağlı hazırlanan baş planlar Ağdamdan başlayaraq, quruculuğun baş meydanına çevrilib. İlk olaraq Ağdamın Baş planı təqdim edilib və bu gün həmin plana uyğun işlər sürətlə davam etdirilir. Möhtərəm Prezident, Ali Baş Komandanın Ağdama 3-cü səfəri çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi Azərbaycanın elektroenergetika tarixində bir ilkdir. Yəni ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Azad edilmiş torpaqlarda inşa edilən yarımstansiyaların sayı 9-a çatdırılıb. Sonra Prezident Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək 2 müəssisənin, Ağdam Rayon Mərkəzi Xəstəxanasının, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.

Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması öndə gəlir. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq, öz dədə-baba ocaqlarına, yurd-yuvalarına qayıdan ağdamlılar işlə təmin olunacaqlar. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük marağın göstərilməsi də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Dövlət Başçısı Ağdamda iş adamlarına da çağırış etdi, sahibkarları həm Ağdama, həm də işğaldan azad edilmiş bütün digər ərazilərə sərmayə qoymağa çağırdı. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlər verilir.

Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb.

“Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir, onu görəcəklər”. Ölkə Prezidentinin səfər çərçivəsində söylədiyi bu sözlər erməni işğalcılarının əməllərinin bir daha dünyaya bəyanı oldu.

Bir sözlə, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın yenidən çiçəklənməsi, artan potensial, Qarabağın təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevrilməsi Azərbaycanın sürətli inkişafına yeni bir stimul verir.