Xəbərlər
Azərbaycan ilə Belarus arasında rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub
Martın 31-da rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə səfərdə olan Belarus Respublikasının rabitə və informatizasiya naziri Sergey Popkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
Ölkələrimiz arasında səmimi dostluq müstəvisində davam etdirilən münasibətlərin genişləndiyini bildirən nazir Əli Abbasov bu əlaqələrin dərinləşməsi üçün İKT sahəsində yaradılan imkanlardan, mövcud potensialdan, perspektiv layihələrdən danışıb.