YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədovun 70 illik yubileyi münasibətilə görüş keçirilib

Fevralın 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Tahir Məmmədovun 70 illik yubileyi münasibətilə görüş keçirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edərək ona möhkəm cansağlığı və ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, Tahir Məmmədov müxtəlif sahələrdə səmərəli və məqsədyönlü fəaliyyət göstərməklə Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal mövqe tutur. O, əsl ziyalı, vətəndaş və qələm sahibi kimi ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirib.

“Siz məşhur “91-lər”dən biri kimi Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmisiniz. Hazırda isə YAP Veteranlar Şurasının üzvü olaraq üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığınızı əsirgəmirsiniz. Sizin əməyiniz və xidmətləriniz hər zaman yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adı ilə təltif olunmusunuz”,-deyə Tahir Budaqov qeyd edib.

Yubilyarı doğum günü münasibəti ilə təbrik edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Tahir Məmmədovu hər zaman prinsipial, möhkəm əqidəli və dəyişməz mövqeyi olan vətəndaş kimi xarakterizə edib.

Göstərilən diqqətə və ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Tahir Məmmədov ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan qürur duyduğunu bildirib. O, hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin rəhbərliyi ilə partiyamızın inkişafında yeni mərhələnin başlandığını və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyini söyləyib. T.Məmmədov YAP Veteranlar Şurasının üzvü kimi  bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.