YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan enerji siyasəti və enerji təhlükəsizliyi sahəsində dünyada öncül sıralarda olan ölkələrdəndir

Məlahət İbrahimqızı

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Məlumdur ki, Azərbaycan Avropanın enerji təchizatında ən mühüm rolu olan ölkələrdəndir. Xüsusi vurğulamalıyıq ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda olan ölkələrindən biridir. Dünyadakı enerjiyə olan tələbatın ildən-ilə daha da artmasını nəzərə alsaq, bunun səbəbini aydın görmək olur. Dünya əhalisinin sayının artması və bu artımın təlabata təsir etməsi, sürətlə inkişaf edən yeni texnologiyalar və s.

Sözsüz ki, ölkəmizdə də əhalinin sayının artması göz önündədir. Əgər müstəqilliyin ilk illərində əhalinin sayı 7 milyon idisə, indi 10 milyonu ötüb. Sözsüz ki, demoqrafiyamızda olan bu müsbət tendensiya ölkəmizdə yaranmış dayanıqlı iqtisadi inkişaf və ildən-ilə əhalinim sosial rifahının yaxşılaşdırılması ilə bağlıdır. Bunlara rəğmən, ölkəmiz qeyri-neft və qaz ixracı ilə bərabər, müxtəlif mənşəli enerji istehsalı və ixracı sahəsində də öndə gedən ölkələrdən biridir. Elə bu günlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə açılışı olan və istifadəyə verilən “Qobu” Enerji Qovşağı da deyilənlərin əyani sübutudur. Bu qovşağın yükötürmə gücü 1000 meqavatdır.

Enerji Qovşağı son illər ərzində inşa edilən ən böyük enerji obyektlərindəndir. Həm bu qovşaq, həm də son günlərdə istifadəyə verilən və gücü 750 meqavat olan “Yaşma” yarımstansiyası bir daha göstərir ki, Azərbaycanda enerji sahəsində nə qədər böyük işlər görülür. Sözsüz ki, inşası zaman tələb edən belə nəhəng enerji obyektlərinin hər biri dövlətimizin gücünü və imkanlarını göstərir. “Qobu” enerji qovşağının açılışında iştirak edən möhtərəm Prezidentimiz çıxışında qeyd etmişdir ki, bütün bu layihələr yerli, daha doğrusu milli kadr və mütəxəsislər tərəfindən icra olunub. Bu bir daha ölkəmizin enerji sahəsində əldə etdiyi uğurlara görə onu ən öndə gedən ölkələr cərgəsinə gətirib çıxarmışdır. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının açılması əlbəttə, generasiya güclərimizi böyük dərəcədə artıracaq. Bu stansiyanın yanında cəmi bir il ərzində 1000 meqavatlıq yarımstansiya inşa edilib.

Xüsusi vurğulamaq lazımdır ki, dünyada gedən qlobal böhran, postmüharibə fonunda əldə olunan uğurlar məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı müdrik və uğurlu siyasətin nəticəsidir. Elə bu səbəbə görə də ölkəmiz şaxələnmiş enerji, enerjinin istehsal və ixrac sahəsində beynəlxalq aləmdə təqdir edilir. Bu bir gercəklikdir ki, hər bir dövlətin müstəqilliyində xüsusi rola malik əsas amillərdən biri onun güclü iqtisadiyyata malik olmasıdır. Sözsüz ki, iqtisadiyyatın təməlində güclü, dayanıqlı enerji təminatı dayanır. Möhtərəm Prezidentimmizin də qeyd etdiyi kimi, bu layihələr həm də Azərbaycanın daxili imkanları, daha doğrusu maliyyəsi hesabına gerçəkləşmişdir. Elə ona görə də Azərbaycan nəinki neft və qaz ixracatçısıdır, həm də elektrik enerjisi ixracatçısıdır. Bu gün ölkəmiz həm qonşu ölkələrin, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırmaqla bu ölkələrlə münasibəti etibarlı tərəfdaş, dost və strateji müttəfiq səviyyəsinə gətirib çıxarmışdır. Möhtərəm Prezidentimiz hər dəfə dövlətimizin enerji siyasəti haqda danışarkan qeyd edir ki, Azərbaycanın enerji siyasəti dostluğa, dayanıqlı inkişafa və sülhə xidmət edən bir siyasətdir. Bu mənada, ölkəmiz bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edən nadir ölkələrdəndir. Fəxrlə deməliyik ki, Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə bu gün qabaqcıl ölkələrdəndir.

Xüsusi qeyd etmək lazımdır ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda aparılan əzəmətli quruculuq işləri fonunda çox böyük meqa layihələrin-yeni enerji layihələrinin, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılmışdır. Daha doğrusu ölkəmizdə bugünədək elektrik enerjisi infrastrukturuna böyük həcmdə investisiya yatırıldığı kimi gələcək üçün də bu sahədə strateji plan hazırlanmışdır. Bütün bunlara görədir ki, ölkəmizin elektrik enerjisinə regional bazarda çox böyük ehtiyac var və biz Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edirik. Əminik ki, bu bazar gələcəkdə daha da genişlənəcəkdir. Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, biz ixrac üçün daha çox qaza qənaət edəcəyik.  Böyük nailiyyətdir ki, qısa zamanda ölkəmizdə işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramlar hazırlanmışdır və bəzi proqramlar artıq həyata keçirilir.

Bildiyimiz kimi, hər bir dövlət üçün enerji təhlükəsizliyi nə qədər mühüm əhəmiyyətə malikdir. Yəni enerji həyatdır, mövcudiyyatdır. Bu mənada Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti dövlətimizin gücünü və nüfuzunu artırmaqla, beynəlxalq əməkdaşlığa da misilsiz töhfədir.