Xəbərlər
Moskva 8 erməni hərbi qulluqçunun Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini alqışlayır
Moskva 8 erməni hərbi qulluqçunun Azərbaycan tərəfindən Ermənistana təhvil verilməsini alqışlayır.
Bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O xatırladıb ki, 2020-ci il dekabrın 2-dən bəri rusiyalı sülhməramlıların vasitəçiliyi ilə ümumilikdə 146 nəfər – 127 nəfər Ermənistan, 19 nəfər Azərbaycan tərəfə qaytarılıb. “Sözsüz ki, biz itkin düşənlərin taleyinin aydınlaşdırılması üçün paralel səylər göstərilməsini vacib hesab edirik. Həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələyə kömək göstərəcəyik”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi əlavə edib. O bildirib ki, Rusiya bunun üçün nə mümkündürsə edəcək. Çünki bu, prioritet məsələdir.