Xəbərlər
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Qafqaza böyük nəqliyyat axını cəlb edəcək
Qazaxıstan 2020-ci ilə qədər nəqliyyat infrastrukturunun inkişafına 20 milyard dollar sərmayə yatıracaq. Bu barədə Qazaxıstan Respublikası Baş nazirinin investisiyalar və inkişaf məsələləri üzrə birinci müavini Jenis Kasımbek “Astana-Batumi” biznes forumunda məlumat verib.
J.Kasımbek deyib: “Bu, əsasən, Şərq-Qərb istiqamətində, o cümlədən Xəzər, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində infrastrukturdur. Biz yeni “Beyney-Jezkazqan” dəmir yolunun, habelə Çindən İran körfəzi və Qafqaz istiqamətində tranzit imkanlarını maksimum cəlb etmək üçün Çinə ikinci keçidin tikintisinə böyük vəsait yatırmışıq”.
Bundan əlavə, gürcü həmkarlar Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üzrə işləri yaxın günlərdə başa çatdırmağı planlaşdırırlar. Bunun sayəsində Qafqaza böyük nəqliyyat axını cəlb olunacaq. J.Kasımbek daha sonra deyib: “Zənnimcə, bu iki layihənin həyata keçirilməsi və Aktau limanının genişləndirilməsi Qafqaz istiqamətində böyük nəqliyyat axını cəlb etməyə şərait yaradacaq”.