Xəbərlər
Prezident İlham Əliyev Zərifə Salahovanı “Şərəf” ordeni ilə təltif edib
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zərifə Teymur qızı Salahova “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 fevral 2022-ci il